2024-cü ilin ilk səkkiz ayında ekosistem üzrə ixtisaslaşan iri şirkət “Competo” MMC-nin (Umico) nizamnamə kapitalı 43 676 000 manat və ya 62.5% artırılıb.
Banker.az xəbər verir ki, bununla da “Umico”nun nizamnamə kapitalı 113 608 780 manata yüksəlib.
Şirkət 2018-ci ilin fevralında təsis edilərkən onun 200 min manat nizamnamə kapitalı vardı. Beləliklə, yarandığı gündən bu tərəfə ona 113.41 mln. manat əlavə maya qoyulub.
“Competo” MMC-nin nizamnamə kapitalının 68%-i “Kapital Bank” ASC-nin törəməsi “BirKart” BOKT MMC-yə məxsusdur.