12 C
Baku
Tuesday, May 7, 2024

“Umico”nun nizamnamə kapitalı artırılmaqla 62 mln. manatı keçib

“PASHA Holding” MMC-nin “Umico”sunun kapital mövqeyi bir qədər də gücləndirilir.

Banker.az xəbər verir ki, “Umico” və ya hüquqi adı ilə “Competo” MMC-nin nizamnamə kapitalı 14 320 100 manat, yaxud 30% artırılmaqla 62 376 900 manata yüksəldilib.

“Competo”nun Baş ofisi Bakıda yerləşir. İdarəedici biznes-komanda pərakəndə satış və bank sahələri üzrə Belarus, Rusiya və Ukraynanın maliyyə və rəqəmsal məhsul bazarlarında böyük təcrübəyə malik əcnəbi mütəxəssislərdən təşkil olunur.

“Competo” şirkətinin məqsədi şirkətlərə yeni həllər tapmaqda və innovativ IT layihələri və alətləri vasitəsilə öz mənfəətlərini artırmaqda kömək etməkdir. Şirkət elektron ticarət, rəqəmsal marketinq, sifarişçilərlə əlaqələrin idarə olunması (CRM) və məlumat təhlili və emalı, habelə pərakəndə satış sahəsində ödəniş texnologiyaları və İT-inteqrasiya mexanizmlərinin inkişafı sahələrində ixtisaslaşıb.

2019-cu ilin may ayında növbəti 3 il üçün planlaşdırılan rəqəmsal xidmətin birincisi olan “Umico” koalisiya loyallıq bonus proqramı Azərbaycan bazarında satışa çıxarılıb. “iOS” və “Android” platformalarındakı “Umico” mobil tətbiqi müştərilərə bütün ticarət kateqoriyaları üzrə Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrində, habelə birbaşa mal istehsalçılarından (brend sahiblərindən/distribütorlarından) alış-veriş edərkən nağd pul geri almağa (cashback) imkan verir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər