“PASHA Holding” MMC-nin ekosistem üzrə ixtisaslaşan iri şirkəti “Competo” MMC-nin nizamnamə kapitalı kəskin artırılmaqla 90 mln. manatı keçmiş oldu.
Banker.az xəbər verir ki, “Umico” platformasının sahibinə
20 861 000 manat və ya 29.8% artımla əlavə kapital yatırılıb ki, ümumilikdə nizamnamə kapitalı 90 793 780 manata yüksəlib. Sonuncu dəfə kapital artımı ötən ilin son rübündə artırılmaqla 69 932 780 manata yüksəldilmişdi.