1 noyabr 2022-ci il tarixinə kimi “Ümid” yatağından təqribən 6 milyard kubmetrdən çox qaz və 950 min tondan çox kondensat hasil edilib.
Banker.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, Azərbaycanın müstəqillik dövründə kəşf edilmiş ilk qaz-kondensat yatağı – “Ümid” yatağı 2012-ci ildə istismara verilib. Hazırda yataqda 4 istismar quyusu fəaliyyət göstərir.