Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılmasında beynəlxalq şirkətdən şübhələnir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yayıldığı dövrdə bütün işçilərini Sinqapurda konfransa çağıran şirkətə qarşı istintaq prosesinə başlayıb.

Banker.az xəbər verir ki, bu haqda “Reuters” xəbər agentliyi məlumat verib.

Çərşənbə axşamı günü konfrans iştirakçıları koronavirusun simptomları ilə qarşılaşıblar.

Konfrans yanvarın 16-sı, 94 xarici nümayəndənin iştirakı ilə Sinqapurun “Grand Hyatt” otelində keçirilib. İştirakçıların üçü Çin sakini olmuşdur. “Grand Hyatt” nümayəndələrinin verdiyi məlumata görə, Sinqapurun Səhiyyə Nazirliyinin göstərişi ilə oteldə dezinfeksiya işlərini aparılıb. Sinqapur hökuməti şübhəli bilinən şirkətin adını və ya fəaliyyət istiqamətini açıqlamır.

Xatırladaq ki, bu günə kimi koronavirusa 28 min insan yoluxub, onlardan 565 nəfər dünyasını dəyişib.

Son xəbərlər
Digər xəbərlər