-1 C
Baku
Sunday, December 15, 2024

Ümumdünya Səhiyyə Təşkilatı qlobal fövqəladə vəziyyətin elan edilməsi məsələsini müzakirə edir

Qorxuducu dinamika təşkilatın mütəxəssislərini bir həftə bundan əvvəl verilən qərarı yenidən nəzərdən keçirməyə məcbur edir.

Xatırladaq ki, 2019-nCoV koronovirusuna yoluxan insanların sayı daim artır. Yanvarın 29-dan 30-na kimi 1737 yoluxma halı qeydə alınıb və bununla da koronavirus xəstəliyinə tutulmuş insanların sayı 7771 nəfərə çatmış oldu.

Banker.az “Vestifinance”yə istinadən xəbər verir ki, ÜST-nin baş həkimi Tedros Adhan Gebreyesus bununla bağlı öz “Twitter” səhifəsində bildirir: “Koronavirusun sürətlə yayılması ilə əlaqədar olaraq Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinin iclasını çağırmaq qərarına gəldim (yanvarın 30-u)”.

Fövqəladə vəziyyət elan etməklə ÜST xəstəliyin yayılması barədə məlumat verən ölkələrin rəhbərliyinin razılığı olmadan məlumat mübadiləsi aparmağa və iştirakçı dövlətlərin riayət etməli olduqları müvəqqəti tövsiyələr verməyə imkanını əldə edir. Digər tərəfdən, fövqəladə vəziyyətin elan edilməsi qlobal panikaya səbəb ola bilər.

Son xəbərlər
Digər xəbərlər