7 C
Baku
Sunday, January 26, 2025

Ümumdünya Səhiyyə Təşkilatının xərcləri azaldılır

ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxdığı üçün qurumun smetasına yenidən baxılır və xərclər azaldılır.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilir ki, maliyyə vəziyyətinə görə səfərlər minimuma endiriləcək, yeni əməkdaşların qəbulu yalnız xüsusi zərurət hallarında aparılacaq. Qurumun sözçüsü faktı təsdiq etsə də, ətraflı şərhdən imtina edib.

BMT ABŞ-ın qurumdan 22 yanvar 2026-cı ildə çıxacağını təsdiqləyib. 2024-2025-ci illər üzrə ÜST-nin büdcəsi 6,8 milyard dollar olub. Təşkilatın illik maliyyələşməsinin 18 faizi Vaşinqtonun payına düşür.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp andiçmə günündə ölkəsinin ÜST-dən çıxacağını bəyan edib. Trampın fikrincə qurum qlobal sanitar böhranları pis idarə edir.

Mənbəazərtac
Son xəbərlər
Digər xəbərlər