60-ci illərdə Amerika demokratiyasının nüfuzu azalmışdı. İnsanların düşüncələrində öz ölkələri ilə fəxr hissini canlandırmaq və ABŞ xalqında optimizm və gələcəyə inam hisslərini oyatmaq üçün hökumət bütün Amerikanı əhatə edən bir layihə həyata keçirməyə qərar verir.
Amerika xalqının təxəyyülünü canlandıran layihələr təqdim olunmağa başlayır. Yapon əsilli memar Minoru Yamasaki (1912- 1986) bu layihə ilə məşğul olmağa başlayır. Minoru Yamasaki öz işləri ilə yetərincə məşhur idi. Məsələn, Sent-Luisdə aeroportun binası, Detroytda yerləşən İncəsənət və əl işləri İnstitutunun kompleks tikintiləri, Amerika beton institutunun tikintisi memarın işlərinin siyahısına aiddir.
1962-ci ildə Minora Yamasaki Ümumdünya Ticarət Mərkəzinin layihəsini fikirləşir, 1964-cü ilin yanvar ayında isə «Port Authority» şirkətinin sifarişi ilə binanın çertyojlarını hazırlayır. Həmin ildə də memar 1: 130 ölçüdə maketi müzakirəyə çıxardır. İki ildən sonra isə (1966-cı ilin 5 avqustu) güclü ekskovatorlar binanın təməli üçün çuxurlar qazmağa başlayırlar.
Əkiz göydələnlərdən əvvəl Nyu- Yorkda göydələnlər daş əsasında ucaldılırdılar. Manhetten dərinlikləri daş, qranit ilə doludur. Bunu yeni binaların tikildiyi zaman müşahidə etmək olar. Burada çuxurlar qazılmır, qazma alətlərin polad dişləri ilə sındırılır.
Əkiz göydələnlərin tikilməsi planlanan yerdə mühəndislər yerin altında daş örtüyün olmaması problemi ilə qarşılaşırlar. Onun əvəzinə mühəndislər orada bir zaman Qudzon çayına “məxsus” olan süni zəmin aşkarlayırlar. Bu zəmin qum, köçü qatları, çay daşları ilə qarışdırılmış halda idi və hətta süni torpaqda köhnə gəmilərin qalıqları da tapılmışdı. Mühəndislər çarəsiz halda idilər. Onlar əlavə çətinliklər, xərclərlə qarşılaşmışdılar. Və onlara əlavə beton lazım olacaqdı.
Lakin bu hələ yeganə problem deyildi. Ümumdünya Ticarət Mərkəzinin tikiləcəyi yerdə 164 böyük və balaca, geniş və dar daş binalar var idi. Onları sökmək lazım idi və sökmək çətin deyildi. Lakin problem yenə də həll olunmuş sayılmırdı. Söküntüdən sonra zəngin və çətin yeraltı kommunikasiya sistemini, yanğın həyəcanı sistemini, telefon və elektrik kabelləri, qaz, istilik, pnevmatik və su borularını olduğu kimi saxlamaq və köçürtmək çox çətin idi. Həmçinin mühəndislər yaxınlıqdan keçən avtomobil şossesinə, çox saylı keçid yollarına və yeraltı keçidlərə zərər verməməli idilər.
Digər problem isə yeraltı dəmir yolu stansiyası idi. Bu stansiya yolunu Nyu-Cersinin suları altından başlayırdı və gün ərzində minlərlə insanı işə aparıb gətirirdi. Yolu bağlasaydılar Nyu- Yorku və bütün Birləşmiş Ştatları iqtisadi problemlər gözləyirdi. Bu stansiyadan kompleksin aşağı pilləsində yeni yeraltı stansiya tikilənə qədər istifadə edirdilər.
İnşaatçıların işləri asan deyildi. Onlar 1, 2 milyon kub torpağı qazaraq ərazidən çıxartmışdılar. Qazılmış sahənin yerində əkiz göydələnin altında çox saylı restoranlar və banklar, turistik şöbə, aviaxəttlərin xəzinədarlığı, mağazalar, anbarlar, yeni Nyu-Cersi yolunun stansiyası və iki min avtomobil yuyan yeraltı qaraj yerləşən yeraltı bir məkan – Plaza tikilmişdi.
Yüksək hündürlükdə göydələn ucaltmaq üçün mühəndislər müasir texnikadan istifadə etmişdilər. Binanın divarları hazır bloklardan yığılırdı. Hər bir blokun ağırlığı 22 ton, hündürlüyü 36 fut (4 mərtəbənin hündürlüyü), eni isə 10 fut təşkil edirdi. Əkizlər göydələninə iki min ton polad sərf olunub.
Binalarda istifadə olunan lift sistemi də unikal idi. Əkiz göydələnlər divar hörgüsü olmadan ucaldılan ilk göydələnlər idilər. Sürətli liftlərin yaratdıqları intensiv hava təzyiqinin nəticəsində standart millərin əyilməsindən qorxaraq mühəndislər polad təmələ quraşdırılmış «quru divar» sistemindən istifadə etmək qərarına gəlirlər. 110 mərtəbədə xidmət göstərən standart konfiqurasiyalı liftlərin saxlanması üçün binanın aşağı mərtəbəsinin yarısı lazım olacaqdı. Ofis Elevators xüsusi kompakt və sürətli bir sistem fikirləşir. Bu sistemə əsasən, sərnişinlər 44-cü və 78-ci mərtəbələrdə yerlərini dəyişməli idilər. Bu qərar şaxtaların sayının iki dəfə azalmasına səbəb olur.
Ümumdünya Ticarət Mərəzində liftlərin ümumi sayı 239, ekskalatorların sayı isə 71 idi. Onlar kompüter mərkəzi Port Authority tərəfindən idarə edilirdilər. Hər bir lift 4536 kiloqram ağırlığında yük, 55 insanı saniyədə 8, 5 metrlə qaldıra bilirdi.
Maliyyə problemlərinin əmələ gəlməsinə baxmayaraq tikinti sürətlə davam edirdi. 1965-1970-ci illərdə Nyu-Yorkun büdcəsi 6 milyon dollar təşkil edirdi. Ticarət Mərkəzinin tikintisi üçün vəsait ayırmaq məqsədi ilə şəhər ödəmə zəmanəti ilə istiqrazlar buraxır. Lakin 1970-ci ildə Nyu-York böhran keçirdir. İstiqrazların ödənilmə tarixi gəlib çıxır. Tikintini az qala dayandıracaqlardı. Vəziyyətdən xilas olmaq üçün biznes sahəsində yeni vergilərin tətbiqinə başlanılır. Pul vəsaitləri qazanmağın digər üsulu da tapılır. Əkiz göydələnlərin gələcək otaqları ofislər kimi icarəyə verilməyə başlanılır. Şimaldakı qüllənin tikintisi 1871-ci ildə, cənubdakı qüllənin tikintisi isə 1973-cü ildə sona çatır.
Ümumdünya Ticarət Mərkəzinin təmtəraqlı açılışı 1973-cü ilin 4 aprelində baş tutur.
Əkiz göydələnlərin hündürlüyü 450 metr təşkil edirdi. Bu rekord göstərici idi. Binanın hər bir qülləsində 110 mərtəbə var idi. Tikintinin bünövrəsinin dərinliyi 23 metr təşkil edirdi. Elektrik şəbəkələrin kabellərinin gərginliyi 80 000 kilovat idi və onların uzunluğu 3 min mil (Atlantikanın üzərindən, Nyu-Yorkdan Londona qədər olan məsafənin yarısı) təşkil edirdi.
2001-ci ilin 11 sentyabrında Əkiz göydələnlərin hər ikisi təyyarə ilə toqquşma nəticəsində çökmüşdülər.