6 C
Baku
Sunday, December 15, 2024

Ümumi Daxili Məhsul: İqtisadiyyatın qeyri-neft bölməsində artım var

2017-ci ilin birinci yarısında ölkədə 31310,6 milyon manat və ya əhalinin hər nəfərinə 3224,6 manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir.

Banker.az xəbər verir ki bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artmış, neft-qaz bölməsində isə 6,6 faiz azalmışdır.

Ümumi daxili məhsulun 13195,2 milyon manatı sənayedə, 3414,6 milyon manatı ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 2536,8 milyon manatı tikintidə, 2249,6 milyon manatı nəqliyyat və anbar təsərrüfatı, 1559,9 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 846,6 milyon manatı turistlərin yerləşdirilməsi və ictimai iaşə, 548,4 milyon manatı informasiya və rabitə sahələrində, 4711,7 milyon manatı digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər 2247,8 milyon manat təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər