15 C
Baku
Saturday, April 27, 2024

Ümumi daxili məhsul (ÜDM) nədir?

Ümumi daxili məhsul (Gross Domestic Product, GDP) — bir il ərzində iqtisadiyyatda (ölkə daxilində) istehsal olunan bütün mal və xidmətlərin məcmu bazar qiymətidir.

ÜDM-in tərifində olan əsas prinsiplər: ikiqat (təkrar) uçotun yolverilməzliyi; gəlirlərin yenidən bölüşdürülməsinin nəticəsi olmayan, lakin məcmu buraxılışın ölçüsünü dəyişənin uçotu; yalnız həmin il istehsal olunan məhsulun əks etdirilməsi. 

Ümumi daxili məhsul (Gross Domestic Product — GDP) —bir il ərzində iqtisadiyyatda (ölkə daxilində) istehsal olunan bütün mal və xidmətlərin məcmu bazar qiymətidir. 

Bu tərifin hər bir sözünü təhlil edək.

1. Məcmu ÜDM — istehsalın ümumi həcmini, məcmu buraxılışı xarakterizə edən aqreqasiya göstəricisidir.

2. Bazar. ÜDN-in dəyərinə yalnız rəsmi bazar sövdələri, yəni alqı-satqı prosesini keçmiş və rəsmi olaraq qeydiyyatdan keçmiş sövdələr daxil edilir. Ona görə də ÜDM-ə aşağıdakılar daxil edilmir:

insanın əməyi öz üzərinə götürməsi (insan özünə ev tikir, mənzilini təmir edir, sviter toxuyur, televizorunu və ya avtomobilini təmir edir, saçını düzəldir və s.);
təmənnasız əmək (məsələn, dost yardımı – qonşunun hasarını tikmək, dost üçün təmir və s.);

Kölgə iqtisadiyyatının istehsal etdiyi mal və xidmətlərin dəyəri. Halbuki gizli istehsal olunan məhsulun da satışı bazar sövdəsidir, lakin rəsmi olaraq qeydiyyatdan keçmir və milli statistika və vergi orqanları tərədindən uçota alınmır. Kölgə iqtisadiyyatına təkcə qeyri-qanuni fəaliyyət növlərini (məsələn, narkobiznes) deyil, həm də tamamilə leqal, lakin mənfəəti vergilərdən yayınan növlər də aid edilir. Bu sektorun istehsal həcmi inkişaf etmiş ölkələrdə məcmu buraxılışın üçdə bir hissəsindən yarısına qədərini təşkil edir. Kölgə iqtisadiyyatının payının qiymətləndirilməsi birbaşa hesablama metodları mövcud olmadığından dolayı metodlardan istifadə olunur ki, bunlara rəsmi istehsalı təmin etmək üçün zəruri olduğundan artıq elektrik enerjisinin əlavə sərfi və rəsmi sövdələrə xidmət üçün lazım olduğundan artıq miqdarda pul xərclənməsi kimi aiddir.

3. Dəyər. ÜDM istehsalın məcmu həcmini pulla ifadədə ölçür (dəyər formasında), belə ki, başqa cür almaları dublyonkalarla, avtomobillərlə, kompüterlərlə, bərbərlətin xidmətini diş həkimlərinin xidməti ilə və s. bir götürmək olmaz. Pul mal və təkliflərin dəyərinin ölçüsünü hesablamağa xidmət edir ki, bu da iqtisadiyyat tərəfindən istehsal olunan bütün növ mal və xidmətlərin dəyərini müəyyən etməyə imkan verir.

4. Son məhsul. İqtisadiyyatda istehsal olunan bütün məhsullar son və ara məhsullarına bölünür. Son məhsul ( final goods) — hər hansı makroiqtisadi agentə istehlak üçün gedən və növbəti emal və satış üçün nəzərdə tutulmayan son məhsuldur. Ara məhsul ( intermediate goods) sonrakı istehsal və satış prosesinə göndərilən məhsuldur. Ara məhsula xammal, materiallar, yarımfabrikatlar və s. aid edilir. Lakin istifadə üsulundan asılı olaraq, eyni mal həm son, həm də ara məhsul ola bilər. Məsələn, evdar qadının borş üçün aldığı ət son məhsul ola bilər, belə ki, son istehlak üçün alınıb. “Makdonalds” restoranı tərəfindən alınan ət isə ara məhsuldur, belə ki, emal ediləndən sonra çizburgerin içinə qoyularaq son məhsul olacaq.

ÜDM-ə yalnız son məhsulun daxil edilməsi ikiqat (təkrar) hesabdan ( double accounting) qaçmağa imkan verir. Məsələn, avtomobilin dəyərinə polad hazırlanacaq dəmirin, prokat alınacaq poladın, avtomobilin hazırlanacağı prokatın dəyəri daxil olur.

Həmin səbəbdən bütün alqı-satqılar da ÜDM-ə daxil edilmir, belə ki, onların dəyəri artıq bir dəfə son istehlakçı tərəfdən alındığı zaman nəzətə alınmışdır.

Son məhsulun bu dəyəri onun ara və ya son məhsul olduğunu demək mümkün olmadığı səbəbindən bilavasitə hesablana bilmədiyi üçün, onu əlavə dəyər (value added) üzrə hesablayırlar. Bu metod ona əsaslanır ki, son məhsulun məcmu dəyəri məcmu əlavə dəyərə bərabərdir. Bunu cədvəl 1-dəki misalla göstərək.

Zənn edək ki, fermer taxılı  yetişdirmiş, onu dəyirmançıya 5 dollara satmış, dəyirmançı onu üyüdüb una çevirmişdir. Dəyirmançı unu çörək bişirənə 8 dollara satmışdır. Çörək bişirən məhsulunu 17 dollara bulka satana satmış, o da öz növbəsində çörəyi alıcıya 25 dollara satmışdır. Taxıl dəyirmançı, un çörək bişirən, xəmirdən hazırlanan məmlat isə bulka satan üçün ara məhsuldur, çörək isə satıcı üçün son məhsuldur.

Hər bir istehsalçının (firmanın) əlavə etdiyi dəyər  satışdan gələn qazancdan başqa istehsalçılardan alınmış xammal və materialların fərqinə bərabərdir ki, bu da hər bir istehsalçının (firmanın) məcmu buraxılış həcminə payını ifadə edir.

Firmanın  əlavə dəyəri =Satışdan qazanc — Başqa firmalardan alınmış xammal və materialların dəyəri

Firmanın bütün daxili məsrəfləri (əmək haqqının verilməsi, amortizasiya, kapitalın icarəsi, yer icarəsi və s.), həmçinin, firmanın mənfəəti əlavə dəyərə daxil edilir.

Bizim misalda fermerin əlavə  etdiyi dəyər 5 dollara, (5 — 0 = 5), dəyirmançının əlavə etdiyi dəyər — 3 dollara. (8 — 5 = 3), çörək bişirənin əlavə etdiyi dəyər — 9 dollar (17 — 8 = 9), bulka satanın əlavə etdiyi — 8 dollara (25 — 17 = 8) bərabərdir. Məcmu əlavə dəyər, yəni bütün istehsalçılar tərəfindən əlavə edilən dəyət 25 dollar (5 + 3 + 9 + 8 = 25) təşkil edir və son alıcının ödədiyi dəyərə bərabərdir (son məhsulun dəyəri). Ona görə də, ÜDM ölçülən zaman son məhsulun dəyəri əlavə dəyərl üzrə hesablanır və bütün istehsalçıların (firmalar tərəfindən) əlavə etdikləri dəyərlərin cəmi kimi verilə bilər:

Son məhsulun məcmu dəyəri =Bütün firmaların əlavə dəyərlərinin məbləği

və ya iqtisadiyyatda bütün satışların (total output) və ara məhsulun məcmu dəyərinin fərqi. Bizim misalda: 55 — 30 = 25 (dollar).

Son məhsulun məcmu dəyəri =Məcmu əlavə dəyər vergisi = Bütün satışların məcmu dəyəri —Ara məhsulun məcmu dəyəri

5.
 Mal və xidmətlər. Mal və xidmətlərin mübadiləsinə istifadə olunmayan bütün ödəmələr ÜDM-in dəyərində nəzərə alınmır. Bu cür ödəmələrə transfert ödəmələr və qeyri-istehsal (maliyyə) sövdələri aiddir.

Transfert ödəmələr ( transfer payments) özəl və dövlət ödəmələrinə bölünür və hədiyyə kimi verilir. Özəl transfertlər — ayrı-ayrı şəxslərin bir-birinə etdikləri ödəmələrdir (məsələn, valideynlər övladlarına, qohumlar bir-birinə və s.). Dövlət transfertləri — dövlətin ev təsərrüfatlarına sosial təminat sistemi üzrə subsidiyalar şəklində etdiyi ödəmələrdir. Transfertlər ÜDM-in dəyərinə daxil edilmir, belə ki:

  • bu ödəniş nəticəsində yeni heç nə istehsal edilmir (nə mal, nə də xidmət), və məcmu gəlir yalnız yenidən bölüşdürülür;
  • transfert ödənişlər ev təsərrüfatlarının istehlak tələblərinə (bu, gəlirin bir hissəsidir) və firmaların investisiya xərclərinə (subsidiyalar kimi) daxil edilir.

Maliyyə  sövdələrinə ( financial transactions) fond bazarında qiymətli kağızların alqı-satqısı aiddir. Qiymətli kağızların da arxasında nə malların, nə də xidmətlərin ödənişi durmadığından, bu sövdələr də ÜDM-in həcmini dəyişmir və iqtisadi agentlər arasında vəsaitlərin yenidən bölgüsünün nəticəsi ola bilməz. Lakin yadda saxlamaq lazımdır ki, özəl firmaların qiymətli kağızları üzrə gəlirlərin ödənilməsi ÜDM-in dəyərinə aiddir, belə ki, iqtisadi resursun haqqıdır, yəni faktor gəliri, milli gəlirin bir hissəsidir.

6.
 İqtisadiyyatda (ölkə daxilində) istehsal edilən. Bununla ümumi daxili məhsul göstəricisi – ÜDM ( Gross Domestic Product — GDP) ümumi milli məhsuldan – ÜMM-dən ( Gross National Product — GNP) fərqlənir. ÜDM ölkə ərazisində istehsal olunan bütün mal və xidmətlərin məcmu bazar dəyərini əks etdirir. ÜDM müəyyən edilərkən meyar kimi ərazi faktoru çıxış edir. ÜMM isə ölkə vətəndaşlarının onlara məxsus istehsal faktorlarının köməyi ilə istehsal etdikləri bütün mal və xidmətlərin məcmu bazar dəyəridir. ÜMM müəyyən edilərkən meyar kimi milli mənsubiyyət faktoru çıxış edir. İnkişaf etmiş ölkələrin çoxunda ÜDM-in ÜMM-dən fərqi 1%-i üsrələmir.

ÜDM kəmiyyətcə ÜMM-dən xaricdən xalis faktor gəlirinin ölçüsü ilə ( net factor income from abroad) fərqlənir ki, bu da bu ölkənin vətəndaşlarının başqa ölkələrdə milli faktorlardan (iqtisadi resurslardan) istifadə etməklə alkəqları gəlirlə xarixi vətəndaşların özlərinə məxsus faktorlardan (xarici) istifadə etməklə bu ölkədə qazandıqları gəlirin fərqinə bərabərdir:

Xaricdən xalis faktor gəliri =Başqa ölkələrdə milli faktorlardan olan gəlir —Həmin ölkənin ərazisində olan xarici faktorlardan olan gəlir.

7. Bir il ərzində. Bu şərtə müvafiq olaraq, bu il istehsal olunmayan bütün mallar ÜDM hesablanarkən nəzərə alınmır, belə ki, müvafiq ilin dəyərində artıq nəzərə alınmışdır.

***

Beləliklə, ÜDM-in tərifində olan əsas prinsiplər:

  • ikiqat (təkrar) hesablanmanın yolverilməzliyi;
  • gəlirlərin yenidən bölüşdürülməsinin nəticəsini deyil, məcmu buraxılışın ölçüsünü dəyişən göstəricilərin uçotu;
  • yalnız həmin ildə istehsal edilmiş məhsulun dəyərinin əks etdirilməsi.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər