8 C
Baku
Monday, November 18, 2024

Ümumi təhsil müəssisələri publik hüquqi şəxs kimi yenidən təşkil olunacaq

Ümumi və məktəbəqədər təhsil müəssisələri publik hüquqi şəxs kimi yenidən təşkil olunacaq.

Bu barədə Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrində bildirilib.

Əmrə əsasən, ümumi və məktəbəqədər təhsil müəssisələrinin publik hüquqi şəxs kimi yenidən təşkili və Nazirliyin tabeliyində olan təhsil müəssisələrinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin tabeliyinə verilməsi ilə bağlı tədbirlər aidiyyatı struktur bölmələri ilə razılaşdımaqla üç ay müddətində həyata keçirilməlidir.

Nazir İnsan resursları, İqtisadiyyat və statistika, Maliyyə, Ümumi təhsilin təşkili və idarəolunması şöbələrinə bir sıra tapşırıqlar verib. Tapşırığa əsasən, həmin şöbələr Bakı Şəhəri üzrə Təhsil İdarəsinin strukturunu aidiyyatı struktur bölmələri ilə, Regional təhsil idarələrinin strukturunu və işçilərinin say həddini aidiyyatı struktur bölmələri ilə, Bakı Şəhəri üzrə Təhsil İdarasinin və regional təhsil idarələrinin strukturuna daxil olmayan tabeliyində olan qurumlarının siyahısını aidiyyatı struktur bölmələri ilə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, regional təhsil idarələrinin və onların strukturuna daxil olmayan tabeliyindəki qurumlarınn icmal xərclər smetalarını hazırlayıb təsdiq üçün təqdim etməlidir.

 

 

Son xəbərlər
Digər xəbərlər