12 C
Baku
Monday, November 25, 2024

Ümumi və marjinal faydalılıq (Total and marginal utility)

Müəyyən məhsulu aldıqda istehlakçının əsas məqsədi həmin məhsul sayəsində öz tələb və ehtiyaclarını təmin etmək və həmin məhsul və xidmətlərin istehlakından məmnuniyyət əldə etməkdir. İstehlakçı seçiminin əsas faktoru bu və ya digər məhsulun faydalılıq (yararlılıq) dərəcəsidir.

Faydalılıq (utility) — bu və ya digər məhsul və ya xidmətdən istifadə zamanı və ya hər hansı bir fəaliyyət növünün həyata keçirilməsi nəticəsinə fərdlərin (individual şəxslərin) əldə etdiyi məmnuniyyətin ölçüldüyü dərəcədir.

“Faydalılıq” (utility) anlayışı iqtisadiyyat elminə ingiltərəli filosof Jeremy Bentham (1748–1832) tərəfindən daxil edilib. Bu gün bazar iqtisadiyyatı haqqında bütün elm demək olar ki iki, əsas nəzəriyyəyə söykənir: faydalılıq və dəyər. Faydalılıq kateqoriyası vasitəsi ilə tələb qanunun təsiri ilə izah olunur, yəni nəyə görə məhsulun qiymətinin qalxması nəticəsində tələb həcmi azalır və əksinə.

Qeyd etmək lazımdır ki, faydalılıq subyektiv anlayışdır. Bir insan üçün faydalı və xoş ola biləcək əşya digərinə faydasız ola və xoş gəlməyə bilər.

Faydalılıq əsasən iki növə ayrılır: ümumi və marjinal

Ümumi faydalılıq (total utility) – bütün rifah vahidlərinin istehlakı nəticəsində əldə edilən məcmu faydalılığını əks etdirir. Ümumi faydalılıq istehlakın böyüməsi ilə artır, amma istehlak həcminə proporsional olmur və tədricən 0-a düşənə qədər sönür

marjnlsah

Marjinal faydalılıq (marginal utility) — bu istehlakçının daha bir əlavə rifah vahidi nəticəsində əldə edilən faydalılıq göstəricisidir. Başqa sözlə desək, marjinal faydalılıq əlavə bir rifah vahidindən istifadə nəticəsində ümumi faydalılılığın artmasıdır.

marjsha2

Marjinal faydalılığın tərifinin əsasında “ölən marjinal faydalılıq” qanununu formalaşdırmaq olar:

İstehlak olunan məhsulun miqdarını artırdıqda onun marjinal faydalılığı azalma tendensiyası nümayiş etdirir.

Bu qanunu adətən 1854-cü ildə ilk dəfə ölən marjinal faydalılıq ideyasını müəyyən etmiş alman iqtisadçı German Qossenin şərəfinə Qossenin birinci qanunu adlandırırlar.

Son xəbərlər
Digər xəbərlər