14 C
Baku
Thursday, May 2, 2024

Ümumi və Protokol şöbəsinə Müfəttiş – DəmirBank ASC

DəmirBank ASC-nin Ümumi və Protokol şöbəsinə müfəttiş vəzifəsinə işəqəbul elan edir.

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən peşəkar əməkdaşlarımızla ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Bu vakansiya analıq məzuniyyətində olan əməkdaşı əvəzləmək üçün elan edilmişdir və müqavilənin maksimum müddətinin 1 il olması nəzərdə tutulmuşdur.

Vəzifə öhdəlikləri:

• Banka daxil olan və Bankdan göndərilən sənədlərin qeydiyyatının elektron sistem vasitəsilə aparılması;
• Bankın sərəncamlarının və əmrlərinin elektron sistemdə qeydiyyata alınması və aidiyyəti struktur bölmələrə elektron poçt vasitəsilə göndərilməsi;
• Kargüzarlığın aparılması və bankın digər struktur bölmələri tərəfindən kargüzarlığın aparılmasına nəzarət edilməsi;
• Bankın Departament, şöbə və filialları ilə elektron poçt və telefon vasitəsi ilə əlaqə saxlanması;
• Sənəd dövriyyəsi barədə rüblük hesabatların hazırlanması.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Rus və İngilis dilində yaxşı səviyyədə danışıq və yazı bacarığına malik olmalı;
• Sözü gedən sahədə ən azı 1 illik iş təcrübəsinə sahib olmalı;
• Bank işini tənzimləyən qanunvericilik və Mərkəzi Bankın normativ sənədlərinin tələbləri ilə yaxından tanış olmalı;
• Microsoft Office (xüsusilə Word, Excel)  proqramlarını sərbəst səviyyədə bilməli;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 noyabr 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Ümumi və Protokol şöbəsinə Müfəttiş” göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər