®Rabitəbank rəhbərliyi və əməkdaşları Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə həyata keçirilən ağacəkmə aksiyasında iştirak edərək öz töhfələrini verib.
15 Mart 2023-cü il tarixində Müşfiqabad qəsəbəsində baş tutan aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Sığortaçılar Assosiasiyası, Mikromaliyyə Assosiasiyası, Fond Bazarı İştirakçıları Assosiasiyası və Fintex Assosiasiyası arasında “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”una əsasən həyata keçirilmişdir. Aksiyanın məqsədi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə bu ildən başlayaraq 10 il ərzində bir milyon ağacın əkilməsi ilə bağlı müvafiq işlərin görülməsidir.