14 C
Baku
Sunday, May 5, 2024

Ümumrespublika radio kanalının açılması üçün müsabiqə elan olunacaq

Azərbaycanda yeni radionun açılması üçün müsabiqə elan edilib.

Bununla bağlı Milli Televiziya və Radio Şurasında videoformatda iclas keçirilib.

İclasda ümumrespublika radio kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz işçi tezliyinə) yanvarın 17-dən fevralın 17-dək müsabiqə elan olunması barədə qərar qəbul edilib.

Qeyd edək ki, həmin tezlikdə vaxtilə “Lider” radiosu fəaliyyət göstərib.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər