Əhalinin köçürülməsi prosesinə başlanıldıqda inşası və ya bərpası başa çatdırılmış ümumi təhsil müəssisələri də fəaliyyətə başlayacaqdır.
Bu barədə Elm və Təhsil Nazirliyindən bildiriblər.
“Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri davam etdirilir. Şəhər və kəndlərin bərpası ilə əlaqədar icra olunan layihələr çərçivəsində ümumi təhsil müəssisələrinin də inşası aparılır. Əhalinin köçürülməsi prosesinə başlanıldıqda inşası və ya bərpası başa çatdırılmış ümumi təhsil müəssisələri də fəaliyyətə başlayacaqdır”, – deyə qeyd edilib.
Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev bir müddət öncə qeyd edib ki, hazırda məcburi köçkün ümumtəhsil məktəblərinin köçürülməsi üçün bəlli planlama işləri aparılır