13 C
Baku
Saturday, November 23, 2024

Un məmulatlarının satışının ƏDV-yə cəlb olunması müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarların çətinliklərinin və təkliflərinin öyrənilməsi istiqamətində növbəti dəfə görüş keçirib.

Görüş Vergi siyasəti Baş İdarəsinin, Tədris Mərkəzinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və çörək istehsalı ilə məşğul olan aparıcı vergi ödəyicilərinin nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib.

Görüşdə un məmulatlarının satışının, çörək istehsalı ilə əlaqədar lazım olan qatqıların, qablaşdırma məhsulları və avadanlıqların idxalının ƏDV-yə cəlb olunması, ƏDV-yə cəlb edilən və azad olunan əməliyyatların uçotunun aparılması, çörəyin çəkisinə və satış qiymətlərinə dair tənzimlənmənin müəyyən edilməsi, həmçinin un məhsullarının istehsalçılarına un alışı üçün verilən subsidiya ilə bağlı müzakirələr aparılıb.

Görüşdə səsləndirilən məsələlərlə bağlı müvafiq izahatlar verilib və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.

Son xəbərlər
Digər xəbərlər