NEC-ə qəbul olan abituriyentlər universiteti bitirdikdə Avropa və Rusiyanın ali təhsil müəssisələrinin diplomunu da əldə edə biləcəklər.
Bu barədə UNEC-dən bildirilib. Məlumata görə, Universitetin bakalavr səviyyəsi üzrə Fransanın Montpellier Universiteti, Fransanın ICD Beynəlxalq Biznes Məktəbi, Moskva Dövlət Humanitar İqtisad Universiteti və Rusiya Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universiteti ilə ikili diplom proqramı reallaşdırılır. Eləcə də bakalavrlara Böyük Britaniyanın London Universiteti/London İqtisadiyyat Məktəbinin (LSE) beynəlxalq proqramına qoşulmaq imkanı yaradılıb.
İkili diplom və beynəlxalq proqrama qoşulan tələbələr 4 illik təhsillərini başa vurduqda, UNEC-lə yanaşı, seçdikləri xarici universitetin də diplomunu əldə edəcəklər. Bu isə onlara xarici təhsil təcrübəsini öyrənmək, eləcə də məzun olduqda əmək bazarının tələblərinə daha çevik cavab verən, rəqabətqabiliyyətli mütəxəssis olmaları üçün böyük şans yaradır.