9 C
Baku
Friday, December 13, 2024

“UNEC Conversation Club” iştirakçıları AccessBank-da gedən İT əməliyyatlar barədə məlumatlandırılıb  

AccessBank-ın dəstəyi ilə reallaşdırılan “UNEC Conversation Club” layihəsi uğurla davam etdirilir.

Tələbələrə ingilis dilinin biznes istiqamətinin tədrisini nəzərdə tutan layihə çərçivəsində AccessBank-ın İT əməliyyatlar departamentinin direktoru Emin Eldarov “UNEC Conversation Club” iştirakçılarına öz sahəsinə dair bankda gedən proseslərdən danışıb və onların suallarını cavablandırıb.

Departament direktoru tələbələrə bildirib ki, zamanın tələbinə uyğun olaraq, AccessBank innovativ bir maliyyə institutuna çevrilib: “Biz elə bir dövrdə yaşayırıq ki, informasiya texnologiyaları hər bir sahəyə sirayət edib. Bu sahə inanılmaz sürətlə inkişaf edir və biz ümumi trenddən geri qala bilmərik. İT sahəsində sürətlə gedən proseslər müştərilərin istəyinə də təsir edir. Ən yüksək səviyyədə xidmət hər bir müştərinin haqqıdır və biz bunu anlayır, biznes proseslərini buna adaptasiya edirik”.

Tələbələrin sualına cavab olaraq bildirib ki, İT əməliyyatlar departamenti gənc və peşəkar kadrlardan ibarətdir: “Sizin hər biriniz bizim komandamıza qoşula bilərsiniz. Bundan başqa, mən sizi bankımızda praktika keçməyə də dəvət edirəm”.

Qeyd edək ki, AccessBank-ın dəstəyi ilə start götürən “UNEC Business Conversation Club” layihəsi çərçivəsində tələbələr ingilis dilinin biznes istiqamətini öyrənir. Seminarı müvəffəqiyyətlə bitirən tələbələr bank tərəfindən mükafatlandırılacaq.

Son xəbərlər
Digər xəbərlər