19 C
Baku
Friday, October 7, 2022

UNEC Vergilər Nazirliyindən jurnalı satın alıb – QİYMƏT

Vergilər Nairliyi Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə satınlama müqaviləsi bağlayıb.

Banker.az-ın xəbərinə görə, UNEC “Azərbaycanın vergi jurnalı”nın satın alınmasına görə Nazirliyə 58 400 manat vəsait ödəməli olacaq.

“Azərbaycanın vergi jurnalı” (əvvəlki adı: “Azərbaycanın vergi xəbərləri”) — Azərbaycanda nəşr olunan jurnal. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin resenziyalı elmi nəşridir.

2012-ci ildən bu jurnal yeni adla iki ayda bir dəfə 212 səhifə həcmində 3 min nüsxə tirajla nəşr edilir.

Jurnal müstəqil, resenziyalı elmi nəşrdir.

Jurnalda əsasən vergiqoymanın müasir problemlərini və vergi işinin ümumkonseptual məsələlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin dərcinə üstünlük verilir. Həmçinin iqtisadiyyatın digər sahələrilə bağlı yazılmış orjinal məqalələrin dərcinə də yer verilir.

Son xəbərlər
Oxşar xəbərlər