19 C
Baku
Sunday, September 29, 2024

UNEC yeni tikilmiş tədris binası üçün 2 milyon manat xərcləyəcək

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Ultra Technologies” MMC ilə müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Dövlət İqtisad Universitetinin yeni tikilmiş 3 saylı tədris binası üçün tələb olunan mal, iş və xidmətlərin satınalması nəzərdə tutulut.

Müqavilənin məbləği 2 milyon 19 min 999 manatdır.

Bildirək ki, Ultra Technologies şirkəti 1999-cu ildə təsis edilmişdir. Hal-hazırda şirkət İntel, Microsoft, HP, Oracle, Cisco, İBM, Kingston, Tunçmatik, Rittal, AHA, MiSys, ST, Siveco və bir sıra məşhur İT korporasiyalarının rəsmi statuslu tərəfdaşıdır. Bu şirkətin nizamnamə kapitalı 1 000 manatdır.

Son xəbərlər
Digər xəbərlər