23 C
Baku
Friday, April 26, 2024

“Unibank” 10 ayda işçi heyətini 300 nəfərə yaxın artırıb

2022-ci ilin oktyabr ayının sonuna “Unibank” ASC-nin işçilərinin sayı 1 948 nəfər olub.

Banker.az bu barədə bankın hesabatına istinadən xəbər verir.

Məlumata görə, ötən ilin sonuna bankda işçi sayı 1670 nəfər olub ki, bu da 10 ayda işçilərin sayının 278 nəfər və ya 17% artması deməkdir.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər