10 C
Baku
Wednesday, December 11, 2024

“Unibank” 11 milyon manatdan çox mənfəət açıqladı

“Unibank” 2020-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Bank 2020-ci ili 11 milyon 021 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın xalis mənfəəti 23 milyon 965 min manat olub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

FAİZ GƏLİRLƏRİ ARTIB, FAİZ XƏRCLƏRİ AZALIB

2020-ci ildə “Unibank”ın faiz gəlirləri 87 724 min manat (9% çox), qeyri-faiz gəlirləri 30 798 min manat (2.3 dəfə azalma), faiz xərcləri 28 038 min manat (17% az), qeyri-faiz xərcləri 70 257 min (11.3% çox) manat olub.

BANK BÖYÜYÜB

31 dekabr 2020-ci il tarixində “Unibank”  815 811 min manat aktivlərə malik olub ki, bu da aktivlərin 3.6% artması deməkdir. Bunun 567 313 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 12% artıb.

BİZNES, İSTEHLAK VƏ DAŞINMAZ ƏMLAK KREDİTLƏRİ ARTIB

“Unibank”ın biznes kreditləri portfeli 31 435 min manat artaraq 200 587 min manata, istehlak kreditləri 17 967 min manat artaraq 308 339 min manat, daşınmaz əmlak kreditləri isə 10 441 min manat artaraq 58 387 min manata çatıb.

FİZİKİ ŞƏXSLƏRİN VƏSAİTLƏRİ ARTIB

2020-ci ildə bankın cəmi öhdəlikləri 719 045 min manat olub ki, bu da 2019-cu ilin sonuna nisbətən 3.2% artıb. Bankın depozit portfeli isə 522 367 min manat təşkil edib ki, bunun 426 250 min manatı (2019-cu ildə 417 172 min manat) fiziki şəxslərin depozitləri, 96 117 min manatı (113 560 min manat) isə hüquqi şəxslərin depozitləri olub.

KAPİTALI ARTIB

31 dekabr 2020-ci il tarixində “Unibank” 96 766 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 90 213 min manat kapitala malik idi. Beləliklə, “Unibank”ın kapitalı 7.3% artıb.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 86,4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər