“Unibank ” 2024-cü ilin 2-ci rübündə 11 milyon 493 min manatlıq xalis mənfəət əldə edib ki, bu da ötən ilin ikinci rübündəki göstəricilərlə müqayisədə 25% artımdır.
Banker.az bunu bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.
Keçən ilin müvafiq dövründə bankın xalis mənfəəti 9 milyon 202 min manat təşkil edib.
Bankın cəmi faiz gəlirləri illik müqayisədə 13 faiz artaraq 113 milyon 116 min manat, faiz xərcləri 13% artaraq 38 milyon 8 min manat, qeyri-faiz gəlirləri 14 faiz artaraq 54 milyon 861 min manat təşkil edib.
Bankın əməliyyat mənfəəti öncəki ilin ikinci rübündə 28 milyon 183 min manat olduğu halda, cari ilin eyni dövründə 34 milyon 514 min manat təşkil edib.
2023-cü ilin ikinci rübünün nəticələri ilə müqayisədə cari ilin müvafiq dövründə “Unibank”ın ümumi kredit portfelinin həcmi 92 milyon manat, biznes kreditlərinin Bankın ümumi kredit portfelində payı isə 30 iyun 2024-cü il tarixinə 11.5 % artıb.