22 C
Baku
Saturday, June 1, 2024

“Unibank” 2020-ci il üzrə audit hesabatını açıqladı

“Unibank”ın 2020-ci il üzrə audit hesabatı açıqlanıb. Hesabatı ” Baker Tilly Azerbaijan” şirkəti aparıb.

Banker.az xəbər verir ki, “Unibank”ın hesabat dövründə faiz gəlirləri 94 milyon 113 min manat (əvvəlki ilə nisbətən 11.2% çox), faiz xərcləri isə 29 milyon 513 min manat (11.3% az) təşkil edib.

Bankın komissiyadan gəliri 21 milyon 67 min manat (əvvəlki il 17 milyon 73 min manat), xarici valyutalardan gəliri 2 milyon 518 min manat (əvvəlki il 3 milyon 623 min manat), digər əməliyyat gəliri 1 milyon 8 min manat ( əvvəlki il 1 milyon 35 min manat), komissiyadan xərclər 14 milyon 46 min manat (əvvəlki il 10 milyon 658 min manat), inzibati və digər əmliyyat xərcləri isə 57 milyon 738 min manat (əvvəlki il 53 milyon 99 min manat) olub.

31 dekabr 2020-ci il tarixinə “Unibank”ın cəmi aktivləri 806 milyon 906 min manat təşkil edib. 2019-cu ilin eyni dövründə bu göstərici 823 milyon 286 min manat olub.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 0.8% artaraq 693 milyon 91 min manat, cəmi kapitalı isə 16% azalaraq 113 milyon 815 min manat təşkil edib.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır

u11 u12

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər