9 C
Baku
Thursday, January 23, 2025

“Unibank” 2024-cü il üzrə hesabat açıqladı

“Unibank KB” ASC-nin aktivləri 2024-cü ilin sonuna 1 milyard 759.7 milyon manata çatıb ki, bu da əvvəlki ilin sonuna olan göstəricidən 10.6% çoxdur.

Banker.az xəbər verir ki, bu barədə bankın il üzrə açıqladığı maliyyə göstəricilərində bildirilir.

2023-cü ildə bankın 1 milyard 590.7 milyon manatlıq aktivləri var idi.

Nağd pul və ekvivalentləri 27.3% artaraq 235.8 milyon manata yüksəlib. Müştərilərə verilmiş xalis kreditlər 13.8% artaraq 1 milyard 113.7 milyon manat təşkil edib.

İstehlak kreditləri 1.4% azalaraq 618.5 milyon manata düşsə də, biznes kreditləri 32.6% artaraq 436.9 milyon manata çatıb. Əmlak və avadanlıqların dəyəri 7.5% artaraq 103 milyon manata yüksəlib. Bankın əsas fəaliyyət istiqaməti məhz istehlak kreditləridir və cəmi kreditlərdə payı bir ildə 60%-dən 54%-ə düşüb.

ÖHDƏLİKLƏR…

Bankın ümumi öhdəlikləri 10.5% artaraq 1 milyard 592.7 milyon manata çatıb. 2023-cü il: 1 milyard 441.8 milyon manat idi.

İlin əvvəlində 1 milyard 215.9 milyon manatlıq cəmi depozitlər üçüncü rübün sonuna 1 milyard 231.7 milyon manata yüksəlsə də, IV rübdə 2% azalaraq 1 milyard 204.7 milyon manata düşüb.

Bank depozitlərinin azalmasına səbəb hüquqi şəxslərin (şirkət və ya təşkilatlar) depozitlərinin ilin son rübündə 45.5  mln. manat və ya 15% azalmasıdır. Şirkət depozitləri ilin sonuna 248.2 mln. manata düşüb.

Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 91.8% artaraq 209 milyon manat təşkil edib.

Kapital 12.2% artaraq 167 milyon manat olub.

GƏLİRLƏR….

2024-cü il ərzində “Unibank KB” ASC-nin faiz gəlirləri 9.5% artaraq 232.2 milyon manat təşkil edib. Kreditlərdən faiz gəlirləri 9.2% artaraq 220.4 milyon manata çatıb. Qeyri-faiz gəlirləri də artaraq 122.5 milyon manat olub. Burada alınan haqq və komissiya gəlirləri 15% artımla 105 milyon manata yüksəlib.

Keçən il bankın faiz və qeyri-faiz xərcləri isə nəzərəçarpacaq dərəcədə artıb. Faiz xərcləri 8.9% artaraq 78.1 milyon manat olarkən, qeyri-faiz xərcləri 25.7% artımla 207.6 milyon manata çatıb.

Bankın xalis mənfəəti 38.1% azalma ilə 20.4 milyon manat təşkil edib. Halbuki, öncəki ildə bu rəqəm 32.9 milyon manat idi.

1222 1

1222

Son xəbərlər
Digər xəbərlər