®Unibank 2025-ci il ərzində dayanıqlı maliyyələşmə istiqamətində fəaliyyətini genişləndirərək, ümumilikdə 4 445 000 manat məbləğində 14 kredit təqdim edib. Bu maliyyələşmələr bankın yaşıl iqtisadiyyatın təşviqinə yönələn yanaşmasının tərkib hissəsi olmaqla, ekoloji mənfi təsiri azaldan və resurs səmərəliliyini artıran həllərə dəstəyi gücləndirir.
İl ərzində təqdim olunan kreditlərin əsas hissəsi yaşıl nəqliyyatın maliyyələşdirilməsinə yönəlib. Belə ki, 4 040 000 manat məbləğində 13 kredit məhz yaşıl nəqliyyat üzrə maliyyələşdirməni əhatə edib. Bu kreditlər daha səmərəli və ekoloji baxımdan üstün nəqliyyat həllərinin genişlənməsinə töhfə verərək, karbon emissiyalarının azaldılması istiqamətində müsbət təsir yaradır.
Yaşıl nəqliyyat portfeli daxilində Yango layihəsi xüsusi paya malikdir. Layihə çərçivəsində 3 245 000 manat məbləğində 8 kredit təqdim olunub.
Bununla yanaşı, 405 000 manat məbləğində 1 kredit tibb mərkəzində avadanlıqların yenilənməsinin maliyyələşdirilməsi məqsədilə verilib. Yenilənən avadanlıqlar elektrik enerjisinə əhəmiyyətli qənaət edilməsinə töhfə verərək, enerji səmərəliliyinin artırılmasını dəstəkləyir.
“Unibank”ın 2025-ci ildə təqdim etdiyi yaşıl kreditlər bankın Dayanıqlılıq Strategiyası və ona əsaslanan Dayanıqlılıq Siyasəti ilə birbaşa uzlaşır. Bank dayanıqlı maliyyə həllərini genişləndirməklə, ölkənin yaşıl iqtisadiyyat gündəliyinə, iqlim öhdəliklərinə və enerji səmərəliliyi istiqamətində hədəflərinə töhfə verməyə davam edir.
Unibank- Sənin Bankın!







