®Unibank Azərbaycanın rəqəmsal gələcəyinə yönəlmiş təşəbbüslərin daimi dəstəkçisidir. Bank bu dəfə dünyanın ən nüfuzlu intellektual yarışlarından birinə – Bakıda keçirilən 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalına tərəfdaşlıq edir.
31 avqust – 5 sentyabr tarixlərində keçirilən tədbirə dünyanın 70 ölkəsindən 140 komanda qatılıb. Gənc proqramçılar yarış boyu alqoritmik düşüncə, problem həll etmə və komanda bacarıqlarını nümayiş etdirirlər. Azərbaycan bu finalda ADA Universiteti və Bakı Ali Neft Məktəbi komandaları ilə təmsil olunur.Set featured image
Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri hesab olunan müsabiqənin finalı “ICPC Foundation” təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, PAŞA Holding-in dəstəyi ilə keçirilir. Unibank Azərbaycan Banklar Assosiasiyası çərçivəsində tədbirin tərəfdaşları sırasında yer alır.
Bankın bu əməkdaşlığı yalnız böyük bir beynəlxalq tədbirə dəstək deyil. Unibank üçün bu, həm də ölkədə rəqəmsal mühitin möhkəmləndirilməsi, gənclərin IT sahəsində bilik və bacarıqlarının artırılmasına verilən töhfədir.