14 C
Baku
Saturday, November 23, 2024

“Unibank” böyüyüb, gəlirləri kəskin artıb

“Unibank” 2022-ci ilin 1-ci rübünə olan maliyyə göstəricilərini açıqlayıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

Yanvar-mart aylarında “Unibank”ın gəlirləri 47 milyon 929 min manat (əvvəlki ilə nisbətən 46% çox), xərcləri 43 milyon 806 min manat təşkil edib.

AKTİVLƏRİ ARTIB, KREDİT PORTFELİ BÖYÜYÜB

Bu ilin aprelin 1-nə bankın aktivləri 1 milyard 75 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 3.5% çoxdur. Bunun 784 milyon 633 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, son 3 ayda bankın kredit portfeli 6.1% böyüyüb.

DEPOZİT PORTFELİ BÖYÜYÜB

Hesabat dövründə “Unibank”ın öhdəlikləri 4.2% artaraq 974 milyon 300 min manata, depozit portfeli 2% artaraq 714 milyon 958 min manata çatıb. Bankın kapitalı isə 1-ci rübdə 100 milyon 361 min manat olub.

u1 u2 u3

Son xəbərlər
Digər xəbərlər