“Unibank” ASC 2021-ci ili 4 milyon 688 min manat mənfəətlə başa vurub. 2020-ci ilin eyni dövründə isə bank 11 milyon 21 min manat mənfəət etmişdir.
Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ ARTIB
2021-ci ildə “Unibank”ın gəlirləri 161 milyon 72 min manat (illik müqayisədə 36% çox), xərcləri 139 milyon 467 min manat (42% çox). Əvvəlki ilin eyni dövründə isə bankın gəliləri 118 milyon 522 min manat, xərcləri isə 98 milyon 295 min manat olub.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Bu il yanvarın 1-nə “Unibank”ın aktivləri 1 milyard 39 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 27.3% çoxdur. Bunun 739 milyon 241 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 30.3% böyüyüb.
DEPOZİT PORTFELİ ARTIB
Hesabat dövründə “Unibank”ın öhdəlikləri 30% artaraq 934 milyon 867 min manata, o cümlədən depozit portfeli 35% artaraq 703 milyon 536 min manata, balans kapitalı isə 7.3% artaraq 103 milyon 796 min manata çatıb.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır.