1 C
Baku
Saturday, December 14, 2024

Unibank bu həftə kompensasiya ödənişlərini başa çatdıracaq®

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  Prezident fərmanının daha operativ icrası məqsədi ilə prosesin başladığı ilk gündən Unibankın bütün filial əməkdaşları kompensasiya ödənişini həyata keçirməyə yönləndirilib. Kompensasiya ödənişlərinin bütün filial əməkdaşları tərəfindən həyata keçirilməsi bu gün də davam etdirilir.

Həm vətəndaşlarımızın sosial rifahının gücləndirilməsi, həm də bank sektorunun inkişafı baxımından son dərəcə böyük əhəmiyyət daşıyan fərmanın vaxtında və yüksək səviyyədə icrası Unibank üçün əsas prioritet məsələdir.

Fərmanın icrasına başlanıldığından bu günədək Unibank tərəfindən 87 mindən artıq müştəriyə 55 milyon manat kompensasiya ödənilib. Bütün filialların gücləndirilmiş iş rejimində fəaliyyət göstərməsi, bu həftə kompensasiya ödənişlərini daha da sürətləndirəcək. Bankın bütün müştəri xidməti heyəti bu həftəni kompensasiya ödənişini həyata keçirməyə istiqamətləndirildiyindən, fiziki şəxslərin kredit müraciətlərinin qəbulu müvəqqəti olaraq bir həftəlik dayandırılır. Bu həm birbaşa filiallara kredit müraciətlərinə, həm də onlayn kredit sifarişlərinə aiddir. Müştərilərə digər bank məhsul və xidmətlərinin göstərilməsi və eyni zamanda hüquqi şəxslərin kreditləşməsi isə davam etdirilir.

İndiyədək Unibank müştərilərinin böyük əksəriyyəti kompensasiya ödənişlərini əldə edib. Bu həftə ərzində prosesin tam olaraq başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, ödəniləcək kompensasiyanın həcmi və fərmanın əhatə etdiyi müştəri sayı baxımından Unibank ilk yerdədir.

Cənab Prezidentin fərmanının icrası ilə əlaqədar olaraq, Unibank filialları gücləndirilmiş iş rejimində çalışır. Həftənin şənbə, bazar günləri də bankın filialları da müştərilərə kompensasiya ödənişini həyata keçirir.

Kompensasiya hesablanmış bütün Unibank müştərilərinə bu haqda SMS-lər göndərilib. Unibank olaraq bütün filiallaırmızda kompensasiya almalı olan müştərilərin müraciətlərini gözləyirik.

Kompensasiya hesablanmış şəxslər siyahısında olan hər bir Unibank müştərisi bu həftə ərzində istədiyi Unibank filiala yaxınlaşıb, kompensasiya məbləğini rahat şəkildə əldə edə bilər.

Unibank- hər kəsin bankı!

 

 

 

Son xəbərlər
Digər xəbərlər