15 C
Baku
Sunday, November 24, 2024

Unibank bu il  1,5  milyon manat ipoteka krediti verib

İlin əvvəlindən bu yana  Unibank tərəfindən  ümumi  məbləği   1.5 milyon manat olan ipoteka krediti ayrılıb. 2016-ci ilin sonunda ayrılmiş 2 mln. AZN  adi,  2 mln. AZN sosial limit isə hal-hazırda tam şəkildə bölünüb Bu günlərdə İpoteka Fondu tərəfindən Unibanka ayrılan əlavə 5 milyon manatlıq vəsaitin istifadəsi ilə bağlı da artıq banka 70-ə yaxın müraciət daxil olub.

Qeyd edək ki, Unibank  2006-cı ildən Azərbaycan İpoteka Fondunun müvəkkil bankları sırasındadır. Ümumi ipoteka krediti portfeli isə 39,2  milyon manatı ötüb. 2006-cı ildən bu günədək bank tərəfindən adi və sosial şərtlərlə 1100-dən artıq ipoteka kreditləri verilib.  Hazırda bankda  1089 aktiv kredit var.

İpoteka kreditləri Unibankın Bakıda “17 saylı” (“Sahil”) filialında, bölgələrdə isə “Sumqayıt” və “Kəpəz” filiallarında ayrılır.

Unibank ipoteka müştəriləri üçün bu günlərdə yeni bir xidmət də istifadəyə verib. Müştərilər ipoteka ödənişlərini banka gəlmədən birbaşa öz smartfonlarından- Unibank Mobile-dan  ödəyə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

Son xəbərlər
Digər xəbərlər