Azərbaycanın kommersiya banklarından biri olan “Unibank” ASC də ölkənin prosessinq mərkəzi “Milli Kart” MMC-nin nizamnamə kapitalındakı payının tam satıb.
Banker.az xəbər verir ki, “Unibank” “Milli Kart” MMC-də 6.7%-lik mülkiyyət payına sahib idi və bu investisiyanın balans dəyəri 400 min manat təşkil edirdi.
Məlumata görə, “Unibank” “Milli Kart”ın nizamnamə kapitalındakı paylarını “Azərbaycan Sənaye Bankı” ASC-yə satıblar. Beləliklə, prosessinq mərkəzinin səhmdarlarının sayı azalaraq 4-ə düşüb. Bunlar “Azərsun Holdinq” MMC, “Azərbaycan Sənaye Bankı” ASC, “TuranBank” ASC və “Bank of Baku” ASC-dir.
Hazırda “Unibank”ın “Azərbaycan Kredit Bürosu” (12.5%), “Bakı Fond Birjası” (4.8%) və “S.W.I.F.T SCRL”da (3.4%) iştirak payı var.







