6 C
Baku
Sunday, December 15, 2024

Unibank daha bir mükafat aldı

Unibank ölkəmizdə ilk dəfə keçirilən “Milli KSM mükafatı – 2018” müsabiqəsinin qalibi seçilib.  Dövlət və özəl qurumların nümayəndələrindən ibarət müsabiqə komissiyasının qərarı ilə bank “İdman sahəsində ilin layihəsi” nominasiyasının qalibi olub.

Xatırladaq ki, Unibankı 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. 2020-ci ilin yayınadək bank komandanın yerli və xarici səfərlərini, təlim-məşq toplantılarını maliyyələşdirəcək. Bu layihəyə dəstək verməkdə məqsəd, Güllə atıcılığı üzrə milli paralimpiya komandasının inkişafına çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq yarışlarda təmsilçiliyinə və uğurlarına dəstək göstərməkdir.

Paralimpiyaçılar layihənin əhəmiyyətini belə ifadə edirlər:

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov: “Unibankın bu addımı özəl şirkətlərin korporativ sosial məsuliyyət sahəsində fəaliyyəti üçün çox yaxşı və öyrənilməli bir nümunədir. İnanırıq ki, bu əməkdaşlıq Güllə atıcılığı üzrə milli paralimpiya komandasının daha böyük uğurlara imza atmasına imkan verəcək”.

Milli Paralimpiya Komitəsinin Baş katibi Kamal Məmmədov: “Unibankın bu qərarı komandamız üçün çox böyük dəstəkdir. İndiyədək hansısa şirkət tərəfindən komandamıza belə uzunmüddətli və büdcəli dəstək olmamışdı. Komanda üzvləri Unibankın dəstəyindən sonra daha həvəslə və qalibiyyət hissi ilə yarışlara hazırlaşırlar”.  

Güllə atıcılığı üzrə milli paralimpiya komandasının baş məşqçisi Əkbər Muradov: “Unibankın bu qərarı bütün komanda üzvlərini çox sevindirdi və onlarda böyük ruh yüksəkliyi yaratdı. Bu dəstək komandamızın qələbə əzmini daha da artıracaq və daha böyük nailiyyətlərə imza atacağıq”.

Unibank bundan sonra da Korporativ Sosial Məsuliyyət sahəsində yeni-yeni layihələrə imza atmaq niyyətindədir.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçirilən “Milli KSM mükafatı – 2018” müsabiqəsinin təşkilatçıları Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, PROAKTİV PR şirkəti və Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyidir. Müsabiqə komissiyasına çoxsaylı dövlət qurumlarının nümayəndələri daxildir.

Unibank – hər kəsin bankı

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında  fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 26 ildən artıq fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Son xəbərlər
Digər xəbərlər