9 C
Baku
Monday, November 18, 2024

Unibank depozit faizində dəyişiklik edib

Unibank manatda müddətli depozit faizlərində dəyişiklik edib.

Banker.az xəbər verir ki, həm aylıq faiz ödənişində, həm də müddətin sonunda faiz ödənişində 0.5% azalma var.

Belə ki, hazırda Unibankın manatda müddətli depozit faizləri aylıq faiz ödənişində 8.5%, müddətin sonunda faiz ödənişində isə 9% təşkil edir. Ötən ay isə bu rəqəmlər müvafiq olaraq 9% və 9.5% idi.

Bankın dollarda olan müddətli əmanətlərində isə faiz dəyişikliyi yoxdur.

Qeyd edək ki, Unibank həm manatda, həm dollarda, həm də avro valyutasında müddətli depozit təklif edir.

Son xəbərlər
Digər xəbərlər