14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

“Unibank” depozit faizlərini bir qədər də yüksəltdi

faizlere

“Unibank” ASC manatda olan depozitlərin faiz dərəcələrini 0.5% və ya 1% bəndi artırıb.

Banker.az-ın Monitorinq Qrupu bildirir ki, milli valyutada olan “Faizlər əvvəlcədən” əmanət məhsulunun illik faiz dərəcəsini 6%-dən 7%-ə, “Müddətli əmanət” 10.5%-dən 11%-ə, “Proqressiv əmanət” 8%-dən 9%-ə, “Yığım əmanət” isə 7%-dən 8%-ə qədər artırılmışdır.

Qeyd edək ki, bank bir həftə öncə “Müddətli” əmanətinin illik faiz dərəcəsini manatda 9.5%-dən 10%-ə qədər qaldırmışdı.

Bank hazırda “Yığım əmanəti”ni 50 manat, “Proqressiv əmanəti”ni 200 manat, “Müddətli əmanət” əmanət və “Faizlər əmanəti”ni isə 500 manatdan başlayaraq cəlb etmə imkanı tətbiq edir.

“Müddətli” və “Proqressiv” əmanətini isə həmçinin ABŞ dollarında da qəbul edir.  

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər