10 C
Baku
Thursday, December 12, 2024

Unibank depozit faizlərini artırdı

Bundan sonra Unibanka depozit yatıran müştərilər daha yüksək faizlər əldə edəcəklər. Çünki bank “Müddətli” əmanət növü üzrə ABŞ dolları ilə qoyulan əmanətlər üçün faiz dərəcəsini artırıb. Dəyişikliyə əsasən, vətəndaşlar bu əmanət növü üzrə 1-3 il müddətinə dollarla olan depozitlərini illik 10-14%-lə yerləşdirə biləcəklər. Əvvəlki şərtlərlə müqayisədə “Müddətli” əmanət növü üzrə faizlər 1,5%-dək yüksəlib.

Hazırda Unibank-da “Müddətli”, “Proqressiv” və “Yığım” növü olan əmanətlər mövcuddur. “Müddətli” depozitinin şərtlərinə əsasən 36 ay müddətə və 14%-dək ən azı 500 AZN/USD/EUR həcmində vəsait yerləşdirib aylıq və ya müddətin sonunda faizləri əldə etmək mümkündür. Eyni zamanda müştərilərə aylıq faizləri banka gəlmədən əldə etmək üçün məbləğdən asılı olaraq pulsuz Visa və ya Mastercard kartları təqdim olunur. Müştəri əmanətinin sığortalanmasını istəyərsə, “Müddətli” əmanət növü üzrə illik gəlirliliyi 9% olan əmanət qoyuluşu həyata keçirə bilər.

“Proqressiv” depozitinin şərtlərinə əsasən müştəri əmanəti istənilən vaxtda götürərək, bu dövr üçün vəsaitləri üzrə qüvvədə olan dərəcəyə uyğun hesablanan faizləri əldə edə bilər. Bu depozit növü üzrə müddət 12 ay, minimal məbləğ 200 AZN/USD/EUR-dir.

Minimum məbləğ 50 AZN/USD/EUR olan “Yığım” depozitinin şərtlərinə uyğun olaraq, müştəri əmanətini hər ay artırmaqla (minimum 10 AZN) 2% əlavə bonus əldə edə bilər.
Unibank əmanət sahibinə depozitinin 90%-i həcmində əmanət təminatlı kredit də verir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank-hər kəsin bankı

Son xəbərlər
Digər xəbərlər