“Unibank” depozitlərin faizlərini dəyişib

0
FOTO: Report İA

“Unibank Kommersiya Bankı” ASC-nin 3 əmanət məhsullarının faiz dərəcələrində həm milli valyutada həm də avroda cəlb edilməsi şərtlərində dəyişiklik olub.

Banker.az-ın monitorinq qrupunun əldə etdiyi informasiyaya əsasən, Bankın “Faizlər əvvəlcədən” olan depozit məhsulunun manatda illik faiz dərəcəsi 8%-dən 7,5%-ə qədər endirilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bundan əlavə, “Proqressiv” depozitin manatda illik faiz dərəcəsi 9%-dən 8,5%-ə qədər azaldılıb.

“Unibank”ın digər “Müddətli” depozit məhsulunun müddətin sonu üzrə manatda olan 3 aylıq (3% idi) ödənişi ləğv etməklə yanaşı, 6 aylıq ödəniş faizini 10,5%-dən 10%-ə endirib. Adıçəkilən depozit məhsulunun avroda olan illik ödəniş drəcəsini 0,5%-dən 0,1%-ə qədər azaldıb.