“Unibank” ASC ABŞ dollarındakı müddətli depozitlər üzrə illik gəlirliliyin faizlərini yüksəldib.
Banker.az xəbər verir ki, bank “Müddət” depozitin faizini 2.5%-dən 3%-ə qaldırıb.
Lakin, banka əmanət yerləşdirərkən müştəri risk bildirişindən xəbərdar olmalıdır. Belə ki, qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini milli valyutada 12%, xarici valyuta 2.5% təşkil edir. Həmin həddən yuxarı olduğu halda, əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmır.
Bank hazırda ABŞ dollarında 36 ayadək depozitlər qəbul edir. Milli valyutada isə illik gəlirlilik 10.5%-dir.