26 C
Baku
Tuesday, April 30, 2024

“Unibank” doqquz investordan 20 mln. manatlıq faizli borc cəlb etdi

27 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasında “Unibank KB” ASC-nin premium bazar seqmentində olan, tədavül müddəti 18 (on səkkiz) təqvim ayı olan AZ2013002020 dövlət qeydiyyat nömrəli, 20,000,000.00 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşdı.

Banker.az-a BFB-dən bildirilir ki, hərrac zamanı 9 investor tərəfindən 10 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 9% , faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 mln. manat təşkil etmişdir.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 20 mln. manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər