1 C
Baku
Saturday, December 14, 2024

Unibank dünyanın nüfuzlu maliyyə qurumu ilə əməkdaşlığa başladı

Unibank-ın beynəlxalq maliyyə tərəfdaşları siyahısına daha bir təşkilat əlavə olunub. Unibank dünyanın nüfuzlu və nəhəng  maliyyə qurumlarından olan Unicreditgroup-la əməkdaşlığa başlayıb. Bu, Unibank-ın korporativ müştəriləri üçün daha bir imkan deməkdir. Beynəlxalq ticarətlə məşğul olmaq istəyən korporativ müştərilərin ticarət əməliyyatları Unicreditgroup tərəfindən  dəstəklənəcək.

 

Bu əməkdaşlıq bankın sənədli əməliyyatlar  və  ticarətin maliyyələşdirilməsi üzrə tərəfdaşlar şəbəkəsini davamlı genişləndirməsinin daha bir göstəricisidir. Unicreditgroup tərəfindən  ayrılan kredit xətti sənədli əməliyyatları biznes üzrə  müştərilərə göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına imkan verəcək. Unibank bu xidmətdən istifadə edən korporativ müştərilərinə maliyyə dəstəyi də göstərəcək.

Qeyd edək ki,  Unicreditgroup – Avropa ölkələrində və dünyada 50-yə yaxın geniş bank şəbəkəsi olan ən böyük maliyyə qruplarından biridir. Mərkəzi və Şərqi Avropada böyük beynəlxalq bank şəbəkəsinə malik qrupun, bir çox  keçmiş SSRİ ölkələrində də törəmə bankları mövcuddur.

Ölkəmizdə sahibkarlığın inkişafına dəstək hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal” filialları və  “Unibank- biznes mərkəzi”nə,  eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər. Məqsəd bankın ölkənin iqtisadi inkişafına dəstəyini  bir qədər də gücləndirməkdir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az  ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

 

Son xəbərlər
Digər xəbərlər