Unibank əvvəlki illərdə olduğu kimi indi də Beynəlxalq Maliyyə Korporasiyasının etibarlı tərəfdaşları sırasındadır. 10 ildən artıqdır ki, bu təşkilatla əməkdaşlıq edən Unibank daha bir kredit layihəsini başa çatdırdı. Bank BMK-dan aldığı 10 milyon dollarlıq krediti vaxtı-vaxtında ödəyərək, bu günlərdə krediti tamamilə bağlayıb. Bank gələcəkdə də beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığını davam etdirmək fikrindədir. Qeyd edəki ki, BMK tərəfindən 4,5 il müddətinə ayrılan 10 milyon dollarlıq kredit kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilib.
Ölkəmizdə sahibkarlığın inkişafına dəstək hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal”, “8 saylı” filialları və “Unibank- biznes mərkəzi”nə müraciət edə bilərlər. Məqsəd bankın ölkənin iqtisadi inkişafına dəstəyini bir qədər də gücləndirməkdir.
Ölkə bank sektorunun liderlərindən olan Unibank-ın fəaliyyəti beynəlxalq reytinq agentlikləri tərəfindən hər zaman yüksək qiymətləndirilir. Bu yaxınlarda Fitch Ratings” beynəlxalq reytinq agentliyi bankın reytinqini əvvəlki səviyyədə təsdiqləyib.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.
Unibank-hər kəsin bankı!