15 C
Baku
Friday, April 26, 2024

Unibank fərdi sahibkarların işini asanlaşdırdı

Unibank müştərisi olan fərdi sahibkarlar bank xidmətlərindən banka gəlmədən istifadə edə biləcəklər. Bankın hazırladığı Unibank Mobile BUSİNESS əlavəsi fərdi sahiblarlara istədikləri yerdən və istənilən vaxt bizneslərini idarə etməyə imkan verir. Fərdi sahibkarlar banka gəlmədən, 24/7 Unibankdakı  hesablarını idarə edə, bankın digər xidmətlərindən faydalana biləcəklər.Yaxın vaxtlarda mobil əlavənin yeni imkanları da istifadəyə veriləcək.

 

Unibank Mobile BUSİNESS fərdi sahibkarlara bu imkanları yaradır:

  • Kartlarında və hesablarında olan vəsaitlərin idarə edilməsi;
  • Kartlar, hesablar, depozit və kreditləri ilə bağlı istənilən məlumatı almaq;
  • Kart və hesab üzrə çıxarışın əldə edilməsi;
  • Kartlar və hesablar arası köçürmələr, Unibankın digər müştərisinə köçürmələr etmək;
  • Kredit, kommunal, internet və digər ödənişlərin həyata keçirilməsi;
  • Bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapmaq, gündəlik valyuta kurslarından, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tutmaq;
  • Valyuta kurslarından xəbərdar olmaq;
  • Günün istənilən vaxtı banka məktub yazmaq.

 

Unibank Mobile BUSİNESS –lə istənilən yerdə işinizin başında olun!

Unibank Mobile BUSİNESS  İOS və Android platformalarında işləyir. Öz planşetinizə və smartfonunuza Unibank-ın mobil bank xidmətini bu linkdən http://onelink.to/um-business    yükləyə bilərsiniz.

 

Fərdi sahikarlar Unibank Mobile BUSİNESS  mobil əlavəsinə Asan İmza vasitəsi ilə və Unibankın filiallarında qoşula bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank Mobile –Bankdan daha yaxın!

Unibank-hər kəsin bankı!

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan  Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər