8 C
Baku
Thursday, December 12, 2024

Unibank filialları həftə sonu da xidmətinizdədir

Müştərilərin tələbatını nəzərə alaraq, Unibank filialları şənbə günləri əhaliyə xidmət göstərir. Unibank-ın xidmət və məhsullarından istifadə etmək istəyənlər, həftə sonu da bank filiallarına müraciət edə bilərlər. Bankın paytaxt və Abşeronda  “Əcəmi”, “Neftçilər”,  15 saylı, “Sumqayıt”, “Nərimanov”, “Bakıxanov”, “Xırdalan”, “İnşaatçılar”, “Mərdəkan”,  14  saylı (Beş mərtəbə), “Əhmədli” filialları,  regionlarda isə “Bərdə”, “Gəncə”, “Kəpəz”, “Mingəçevir”, “Tovuz”, “Quba” və  “Şəmkir” filialları şənbə günləri saat 10.00-dan  14.00-dək müştərilərin xidmətindədir. Şənbə rejimində işləyən filiallar müştərilərə kredit, depozit, sürətli pul köçürmələri, kassa əməliyyatları və digər bank xidmətləri göstərir. Bankın bütün filialları isə həftənin 5 günü saat 09.00-dan 17.00-dək fəaliyyətdədir.

Unibankın Yeni il kampaniyası çərçivəsində yanvarın 15-dək bankdan kredit götürənlər,  Unibank kartları və Unibank Mobile-la ödənişlər edənlər  lotereyada 2018 AZN-dək pul qazanmaq  şansı əldə edirlər. Lotereyanın 95 qalibi seçiləcək.

Loterеyada kimlərin qalib olmaq şansı var?

Kreditlər üzrə:

  • Lotereya müddətində Unibankdan nağd kredit və ya Albalı Plus kredit kartı alan müştərilər;

Kartlar üzrə:

  • Lotereya müddətində Unibankın debet, kredit və maaş kartları ilə nağdsız ödəniş edən müştərilər;
  • Lotereya müddətində Unibank kartları ilə Unibank Mobil əlavəsində kommunal, mobil, stasionar, internet/ Tv xidmət ödənişi edən müştərilər. Kartlar ilə edilən nağdsız ödənişlərin hər 10 AZN- i müştəriyə lotereyada 1 iştirak şansı qazandırır. Kartlar üzrə lotereyada iştirak etmək üçün 15 yanvaradək unibank.az saytında (https://onlineservices.unibank.az/LottoRegister/)qeydiyyatdan keçmək lazımdır.

Lotereya qalibləri aşağıdakı qaydada pul mükafatı əldə edəcəklər:

  • 2 nəfər qalib hər biri 2018 manat
  • 1 qalib 500 manat
  • 22 nəfər hər biri 100 manat
  • 70 nəfər qalib hər biri 50 manat.

 

2 hissədən ibarət tiraj yanvarın 23-də Unibankın Baş ofisində keçiriləcək. Uduş fondunun oynanılması xüsusi kompüter proqramı  vasitəsilə elektron püşkatma qaydasında aparılacaq.

Loteryada iştirak edin və 2018-ci ildə şans üzünüzə gülsün!

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://unibank.az/az/private-clients/kampaniyalar/lottery2018 ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank- hər kəsin bankı!

Son xəbərlər
Digər xəbərlər