8 C
Baku
Friday, March 29, 2024

​”Unibank”ın icraçı direktoru “Bank Standard”ın rəhbərliyinə gətirilir

“Bank Standard” QSC-nin Müşahidə Şurasına (MŞ) yeni sədr təyin ediləcək.  Bank dairələrindən əldə edilən məlumata görə, bu vəzifəyə “Unibank” ASC-nin baş icraçı direktoru Xalid Əhədov təyin ediləcək.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank Standard”ın maliyyə sektorundakı mövqeyini, aktivlərinin xüsusı çəkisini, öhdəliklərin sosial xarakterini və sistem əhəmiyyətini nəzərə alaraq, fiskal və monetar orqanlarla razılaşdırılmış şəkildə onun maliyyə sağlamlaşdırılması (sanasiya edilməsi) barədə qərar qəbul edilib.

Qərara əsasən, “Bank Standard” səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasıtəsilə sağlamlaşdırılacaq. Sağlamlaşdırma proqramına görə “Azər-Türk Bank” 3 avqust 2016-cı il tarixinə qədər “Bank Standard”ın idarəetmə orqanlarını yenidən formalaşdıracaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcək.

Report

Son xəbərlər
Digər xəbərlər