Unibankın təqdim etdiyi bank kartı Azərbaycan kart bazarında ən kreativ və innovativ kart məhsulu seçilib. MasterCard-ın keçirdiyi müsabiqədə Unibank 1-ci yerin qalibi olub. Beş nominasiya üzrə keçirilən müsabiqədə Unibank daha bir nominasiya üzrə 1-ci yeri tutub. Unibank MasterCardın Gold və Standart kartlarının satışına görə də ilin lider bankı seçilib. MasterCard-ın araşdırmasına əsasən, Unibank 2016-cı il ərzində MasterCard-ın Gold və Standart kartlarının say miqdarını ən çox artıran bank olub.
Azərbaycanın ən innovativ banklarından olan Unibank, müştərilərinin həyatını asanlaşdırmaq üçün daim xidmət və məhsullarını müştərilərin istəklərinə uyğunlaşdırır. İndi Unibank müştəriləri bank xidmətlərinin 90%-dən çoxundan banka gəlmədən istifadə edə bilirlər. Bank müştərilərinə bu imkanı MDB-də ən yaxşı mobil əlavələrdən biri, Azərbaycan bank sistemində ən qabaqcıl mobil bankinq xidməti seçilən Unibank Mobile yaradır. 50-dən artıq xidmət və məhsulları ilə müştərilərin istənilən vaxt və istənilən yerdə bank xidmətlərinə çıxışını mümkün edən Unibank Mobile, indi biznes sahiblərinin işini də xeyli asanlaşdırıb. Unibank Mobile BUSİNESS əlavəsi fərdi sahibkarlar üçün bank xidmətlərinə 24/7 çıxış imkanı yaradır.
Unibank Mobile İOS və Android platformalarında işləyir. Öz planşetinizə və smartfonunuza Unibankın mobil bank xidmətini bu linkindən (http://onelink.to/ffdbwf) yükləyə bilərsiniz.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən ((www.facebook.com/unibank.az) , (https://twitter.com/unibank) əldə etmək olar.
Unibank Mobile –Bankdan daha yaxın!
Unibank-hər kəsin bankı!