“Unibank” Kommersiya Bankı” ASC bildirir ki, Səhmdarların növbədənkənar Ümumi Yığıncağı 18 aprel 2017-ci il tarixində, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində keçiriləcəkdir.
Banker.az xəbər verir ki, bu barədə Unibank-ın İdarə Heyətinin sədri Faiq Hüseynovun adından açıqlanan məlumatda bu deyilir.
Yığıncaqda aşağıdakı məsələnin müzakirəsi nəzərdə tutulub:
1. Yeni səhmlərin emissiyası yolu ilə Bankın Nizamnamə kapitalının artırılması.
2. Yuxarıda qeyd olunan Bankın Nizamnamə kapitalının artırılması və yeni səhmlərin emissiyası ilə əlaqədar digər məsələlər.
3. Əliyev Xaləddin Cəlal oğlunun Bankın kənar auditoru təyin edilməsi haqqında (2016-cı il üzrə Bankın auditinin keçirilməsi üçün).
“Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, İşlər İdarəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər. Xahiş olunur ki, öz yerinizə nümayəndə göndərəcəyiniz təqdirdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tərtib edilmiş etibarnaməni Səhmdarların növbədənkənar Ümumi Yığıncağının keçiriləcəyi tarixə qədər bizə təqdim edəsiniz.”-deyə məlumatda qeyd edilir.