“Unibank KB” ASC-nin istehlak kreditlərinin həcmi 2023-cü ilin ilk yarısı 13 faiz artırıb və bankın aktivlərində əsas payı olan bu portfelin həcmi 618.1 mln. manata yüksəlib.
Banker.az bank tərəfindən açıqlanan maliyyə hesabatına istinadən xəbər verir ki, bank ümumilikdə kredit portfelini 13% artırmaqla 1 mlrd. 5.45 mln. manata yüksəldib.
Kreditlərin digər hissəsində biznes kreditləri yarımildə 13% artaraq 310.96 mln. manata, ipoteka kreditlərinin həcmi 12% artımla 76.38 mln. manata yüksəlib.
Bankın kredit portfelinin 115.94 mln. manat və ya 12% hissəsinin vaxtı keçib.