Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib

Unibank ölkəmizdə daha bir mühüm tədbirə dəstək olub. IV Vergi və Mühasibatlıq Zirvəsinin əsas dəstəkçiləri siyahısında Unibank da var. “Facemark” və “Good Finance” şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilən tədbir artıq dördüncü ildir ki, maliyyə, vergi və mühasibatlıq sahəsində fəaliyyət göstərən peşəkarlar üçün mühüm platforma rolunu oynayır.

“Bahalı səhvlər” konsepti ilə təşkil olunan zirvə çərçivəsində sürətlə dəyişən qanunvericilik, maliyyə və vergi riskləri, eləcə də bizneslər üçün ciddi nəticələrə səbəb ola biləcək praktiki səhvlər geniş müzakirə olunub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, maliyyə mütəxəssisləri, sahibkarlar və akademik ictimaiyyət iştirak edərək aktual çağırışlar və onların həlli yolları ətrafında fikir mübadiləsi aparıblar.

Zirvə çərçivəsində keçirilən panellərdə maliyyə risklərinin idarə olunması, əmək münasibətlərində uçot məsələləri və vergi riskləri kimi mövzular ekspertlər tərəfindən real təcrübələr əsasında təqdim edilib.

500-dən çox iştirakçını bir araya gətirən tədbir ölkədə maliyyə savadlılığının artırılmasına, biznes mühitində risklərin daha effektiv idarə olunmasına və ümumilikdə iqtisadi inkişafın dəstəklənməsinə mühüm töhfə verir. “Unibank”ın bu kimi təşəbbüslərə verdiyi dəstək isə dayanıqlı və şəffaf biznes mühitinin formalaşmasına xidmət edir.

Unibank- Sənin Bankın!

Son xəbərlər
Digər xəbərlər