9 C
Baku
Friday, December 13, 2024

Unıbank kapitalını artırır

®Unibank KB ASC kapitalını növbəti dəfə artıracaq. Bu haqda  Səhmdarların  növbədənkənar Ümumi Yığıncağının 22 sentyabrda keçiriləcək iclasında qərar qəbul ediləcək. Kapitalın ümumilikdə 30 milyon manatadək artırılması nəzərdə tutulur. Unibankın İdarə heyətinin sədri Faiq Hüseynov bildirib ki, bu haqda qərar Bankın səhmdarları tərəfindən verilib: “Bankın uğurlu inkişafını dəstəkləmək, müştərilərə yeni məhsul və xidmətləri təqdim etməsi üçün Səhdmdarlarımız əlavə kapital qoyuluşu və cəlb edilməsi haqda qərar veriblər. Bu, səhmdarların ölkəmizdə iqtisadi inkişafın sürətlənməsinə və “Unibank”ın bu inkişafa daha çox töhfə verəcəyinə inamının göstəricisidir”.

Son xəbərlər
Digər xəbərlər